Cəmi:0 ₼
Sifarişi tamamla

İstifadə qaydaları

Bu saytdan istifadə
Xahiş edirik aşağıda göstərilən şərtləri diqqətlə oxuyasınız, belə ki, faridoptik.az saytından istifadə sizin bu şərtlərlə razılaşdığınızı bildirir.
Bu saytın dizaynı, şəkilləri, loqoları, fotoları və məzmunu ilə bağlı hüquqlar Fərid Optikaya məxsusdur. Onlar müəllif hüquqları, ticarət markaları və digər əqli mülkiyyət hüquqları ilə qorunur. Siz Fərid Optikanın yazılı razılığı olmadan bu saytın hər hansı bir hissəsini kopyalaya, təkrar hazırlaya, dəyişə, paylaşdıra, təkrar dərc edə, nümayiş etdirə, yerləşdirə və ya ötürə bilməzsiniz.

Öhdəlik
Biz məzmunun tam şəkildə dəqiqliyini təmin etməyə çalışırıq. Belə ki, sizin tərəfinizdən məzmundan istifadəyə görə hər hansı bir məsuliyyət öz üzərimizə götürmürük. Bu saytın məzmunundan yalnız məlumat məqsədilə istifadə edilməlidir və siz hər hansı bir qərar qəbul etmək (və ya qərar qəbul etməmək) və ya hər hansı bir tədbir görmək (və ya tədbir görməmək) üçün ona arxalanmamalısınız. Xüsusən də, bu veb səhifəsində göstərilən eynəklər, linzalar, şüşələr və aksesuarlar Fərid Optikanın Marketinq Şöbəsi tərəfindən saxlanılan ən son mövcud məlumata əsaslanır və lazım gəldiyi halda bu məlumat dəyişdirilə bilər. Həmçinin, təkrar hazırlanan rənglər və işləmələr eynəklərin öz üzərində olan faktiki rənglərdən fərqlənə bilər. Biz sizə ən yaxın olan Fərid Optikanın filialına gedib eynəklərə şəxsən baxmağı tövsiyyə edirik.
Sayt sizin şəxsi istifadəniz üçün nəzərdə tutulub və hər hansı kommersiya məqsədləri üçün istifadə edilə bilməz. Nəticə etibarilə, Fərid Optika heç bir halda sizin gəlir itkiləriniz ilə bağlı məsuliyyət daşımayacaq.
Fərid Optika sizin bu saytdan istifadə edə bilməməyinizə görə məsuliyyət daşımır. Fərid Optika saytın fasiləsiz olaraq xidmət göstərəcəyi və ya saytda xəta baş verməyəcəyi barədə vəd vermir. Fərid Optika bizim nəzarətimiz xaricində olan hər hansı səbəbdən bu saytı sizə təqdim edə bilmədiyimiz halda məsuliyyət daşımayacaq.

Məzmun və reklamlar
Bu sayt həmçinin digər internet saytları və resurslarına linkləri və resurslardan məzmunu təqdim edir. Fərid Optika bu saytlar və resurslar üzərində nəzarətə malik olmadığından siz təsdiq edir və razılaşırsınız ki, Fərid Optika bu xarici saytlar və resurslara dair heç bir məsuliyyət daşımır və bu saytlar və resurslarda mövcud olan hər hansı məzmun, reklam məhsulu, xidmətlər və ya digər materiallar barədə məsuliyyət daşımır.

faridoptik.az saytında sosial plaqinlərdən istifadə
Siz faridoptik.az saytına ilk dəfə daxil olduqda bütün sosial plaqinlər (Facebook, Youtube, Instagram, Twitter) standart tənzimləmələrlə aktiv olmur. Siz  faridoptik.az saytında sosial şəbəkə düyməsini tıkladığınız zaman sosial plaqinlər sosial şəbəkələrə giriş parolu və giriş icazəsi tələb edir. Siz bu tələbi təsdiq etdiyiniz halda, brauzer və sosial plaqinlər arasında əlaqə, seçimləri dəyişərək və ya brauzer cookie –lərini silərək onu deaktiv edənədək aktiv qalır.
Fərid Optika tərəfindən idarə edilən Facebook səhifələri və sosial plaqinlərdən alınmış sosial şəbəkə səciyyəli hərəkətlər istifadəçilərin sayt haqqında dəyərləndirmələrini görə bilmək üçün, istifadəçilərin faridoptik.az saytı haqqındakı fikirlərini bilmək üçün faridoptik.az saytında saxlanıla bilər. faridoptik.az, sosial şəbəkələrdə hər hansı məxfi bir məlumatı saxlamır.